"Sabahın Sahibkarları"na Ziraat Bank dəstəyi davam edir!
Ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə "Ziraat Bank Azərbaycan" ASC də qoşularaq, bir çox sahibkarların öz biznes arzularını həyata keçirmələrinə dəstək vermişdir.
Belə ki, ölkə olaraq keçdiyimiz bu çətin günlərdə "Ziraat Bank" Azərbaycan iqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv iştirak edir.
"Ziraat Bank" biznesini qurmaq üçün müraciət edən sahibkarlarla əlaqə yaradır, istəklərini dinləyir və onların təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir.
Əlavə olaraq qeyd edək ki, "Ziraat Bank Azərbaycan" Türkiyə "Ziraat Bankı"nın 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar