Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər.
Onlardan bəziləri yeni vəzifələrə təyin olunub, bəziləri müəllimliyə qayıdıb, digərləri isə fəaliyyətlərini ictimai-siyasi sahədə davam etdirirlər.
azxeber.com sabiq deputatların hazırkı iş yerlərini və fəaliyyət istiqamətlərini araşdırıb.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Jalə Əhmədova
Milli Məclisin VI çağırış deputatı olmuş Jalə Əhmədova mandatını başa vurduqdan sonra dövlət sektorunda fəaliyyətini davam etdirib. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri kimi fəaliyyət göstərir.
Bununla yanaşı, Jalə Əhmədova 2026-cı ildə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə əlavə təhsil almağa başlayıb.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Cəbi Quliyev
Milli Məclisin VI çağırış deputatı olmuş Cəbi Quliyev parlamentdən ayrıldıqdan sonra dövlət sektorunda fəaliyyətini davam etdirib.
O, əvvəlcə Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. 2026-cı il iyulun 30-da isə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Vüsalə Əliyeva
Milli Məclisin sabiq deputatı Vüsalə Əliyeva hazırda Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədridir. O, 2026-cı il iyulun 6-da YAP-ın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə təyin edilib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Elçin Quliyev
Milli Məclisin sabiq deputatı Elçin Quliyev də siyasi fəaliyyətini partiya xətti ilə davam etdirir.
O, 2024-cü il noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri təyin edilib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Yusif Bağırzadə
Milli Məclisin I çağırış deputatı olmuş Yusif Bağırzadə hazırda siyasi şərhçi kimi fəaliyyət göstərir.
O, deputatlıq fəaliyyətindən sonra 2003-2007-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub, daha sonra müxtəlif vəzifələrdə çalışıb.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Rüfət Quliyev
Milli Məclisin III, IV, V və VI çağırış deputatı olmuş Rüfət Quliyev hazırda Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi fəaliyyət göstərir.
O, elmi fəaliyyətlə məşğul olduğunu, eyni zamanda müxtəlif şirkətlərə iqtisadi məsələlərlə bağlı məsləhətlər verdiyini bildirib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Aqiyə Naxçıvanlı
Milli Məclisin IV, V və VI çağırış deputatı olmuş Aqiyə Naxçıvanlı deputatlıqdan sonra elmi və ictimai fəaliyyətini davam etdirir.
2026-cı ilin oktyabrında yayımlanan məlumata əsasən, o, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasında təmsil olunur və dissertasiya müdafiəsinə hazırlaşan şəxslər üçün seminar rəhbəri kimi fəaliyyət göstərir.
Aqiyə Naxçıvanlı açıqlamasında səhhəti ilə əlaqədar fəaliyyətini əvvəlki qədər genişləndirmədiyini də bildirib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Qəzənfər Abdullayev
Vaxtilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş Qəzənfər Abdullayev mandatından məhrum edilib.
Bundan sonra o, 2023-cü il sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, son məlumatlarda Qəzənfər Abdullayevin bu vəzifədən azad olunduğu bildirilir.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Dilarə Cəbrayılova
Milli Məclisin V çağırış deputatı olmuş Dilarə Cəbrayılova hazırda pedaqoji fəaliyyətini davam etdirir.
O, Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktorudur. Sabiq deputat mediaya açıqlamasında deputat olduğu dövrdə də müəllim işlədiyini, mandatı başa çatdıqdan sonra isə əvvəlki fəaliyyətini davam etdirdiyini bildirib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Sona Əliyeva
Milli Məclisin V çağırış deputatı olmuş Sona Əliyeva hazırda "Təhsilli gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədridir.
O, mandatını başa vurduqdan sonra rəsmi iş yerinin olmadığını, fəaliyyətini təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirdiyini bildirib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Tahir Kərimli
Milli Məclisin V və VI çağırış deputatı olmuş Tahir Kərimli hazırda Vəhdət Partiyasının Baş Məclisinin sədridir.
Partiyanın keçmiş sədri olan Tahir Kərimli siyasi fəaliyyətini davam etdirir. O, mediaya açıqlamasında Baş Məclisin sədri kimi geniş səlahiyyətlərə malik olduğunu təsdiqləyib.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Etibar Əliyev
Milli Məclisin VI çağırış deputatı olmuş Etibar Əliyev hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmin Populyarlaşdırılması Mərkəzinə rəhbərlik edir.
Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri və Milli Məclisin keçmiş deputatı Vasif Talıbovun hazırkı fəaliyyəti də diqqət çəkir.
O, 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. 2026-cı ilin oktyabrında isə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
Fəridə Əsədzadə

Sosial       Tarix: 13 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunyada son xeberler bu gunun xeberleri valyuta mezennesi