Sabiq kansleri üç ilə qədər HƏBS GÖZLƏYİR
Avstriyanın keçmiş kansleri Sebastyan Kurtsu yalan şahidlik etdiyinə görə üç ilə qədər həbs cəzası gözləyir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi İstintaq Komitəsinə yalan ifadə verməkdə, o cümlədən ÖBAG şirkətinin (investisiyaların idarə edilməsi şirkəti) yaradılması və idarə heyətinin tərkibi ilə bağlı ittiham olunur. Sabiq kanslerdən başqa bu işdə daha iki nəfərin adı keçir.
Kurts sosial şəbəkələrdə cinayət işindən xəbərdar olduğunu bildirib. O, işin açılmasına təəccüblənmədiyini vurğulayıb. Keçmiş kansler ittihamları yalan adlandırıb və həqiqətin ortaya çıxmasını səbirsizliklə gözlədiyini deyib.
Xatırladaq ki, S.Kurts 9 oktyabr 2021-ci ildə Avstriya kansleri vəzifəsindən istefa verdiyini açıqlayıb. Yeni kansler əvvəllər xarici işlər naziri postunu tutmuş Aleksandr Şallenberq olub. Daha sonra o, siyasətdən tamamilə ayrılmağa qərar verib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ