Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.
Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.
Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:
"Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir".
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?
Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək