Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTO

Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSentyabrın 16-da  2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı, "Azərbaycan-Türkiyə" Qida Təhlükəsizliyi İctimai Birliyi və "Push30" şirkətinin tərəfdaşlığı ilə "Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu" keçirilib.
azxeber.com xəbər verir ki, Forum dövlət himni ilə açıq elan olunub və ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri, "Gənclərin Töhfəsi" İctimai Birliyinin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova çıxış edərək bildirib ki, forumun keçirilməsində əsas məqsəd dövlət, QHT, media və gəncləri bir araya gətirərək insanların, xüsusən də yeniyetmə və gənclərin zərərli vərdişlər və qeyri sağlam şəkildə qidalanmanın səbəb olduğu təhlükəli xəstəliklərdən, gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, mübarizə imkanları, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq geniş şəkildə maarifləndirmə işini aparmaqdan ibarətdir.
Həmçinin layihə çərçivəsində hazırlanmış "İslamda Qida Mədəniyyəti" kitabı və E-kod qida qatqı maddələri mobil tətbiqini təqdim edib.Daha sonra "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev forum çərçivəsində hazırlanmış www.saglamqida.az saytını və "Qida Təhlükəsizliyi Hərəkatının 0558000576 whatsap qaynar xətti"nin təqdimatını edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, "İslamda Qida Mədəniyyəti" adlı kitabın rəyçisi Mehman İsmayılov çıxış edərək İslam peyğəmbərinin sağlam qidalanma barədə tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Millət vəkili Vüqar İskəndərov çıxış edərək, dövlətimizin qida təhlükəsizliyi sahəsində gördüyü işlər barədə danışıb və vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə işində yaxından iştirakını yüksək qiymətləndirdiyini bildirib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış edərək vətəndaş cəmiyyəti institutlarının qida təhlükəsizliyinin təmin olunmasında ictimai nəzarəti təşkil etməsinin önəmini vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin şöbə müdiri Elnur İbrahimov çıxış edərək forumun işinə uğurlar arzu edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Qumru Hüseynova qida təhlükəsizliyi istiqamətində görülən işlərdən və qida zəncirinin mərhələləri barədə məlumat verib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan çıxış edərək qida təhlükəsizliyi sahəsində qardaş ölkələrinin birgə təcrübə mübadiləsinin artırılmasının və ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov forum çərçivəsində nəşr olunan "İslamda Qida Mədəniyyəti" adlı kitabın Azərbaycanda bu mövzuda yazılan ilk kitab olduğunu və qaynaq rolu oynayacağını bildirib.
Daha sonra Ekoloji maarifçilik və monitorinq İB sədri Qəmzə Yusubova ekologiyanın sağlamlıqda rolu və qida təhlükəsizliyinin vacibliyindən danışıb.
Fasilədən sonra tədbir "Sağlam Qidalanma" və "Qida Təhlükəsizliyi" olaraq panel müzakirələrlə davam edib. "Qida Təhlükəsizliyi" panelində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov "İstehlakçı hüquqlarının qorunması" mövzusunda, Funksional tibb həkimi, Antiage – həkim dietoloq Şumarə Qaracayeva "Qida əlavələrinin sağlamlığa təsiri" mövzusunda, "Qida Təhlükəsizliyi" panelində qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov "Qida məhsullarının İİM-də və ev şəraitində emalı, saxlanması, bişirilməsi, soyudulması və təqdimatı" mövzusunda, AHƏNG PRİM-in rəhbəri, psixoloq Vüsalə Əmiraslanova "Müasir qidaların insan psixologiyasına təsiri" mövzusunda çıxış etdilər. Daha sonra tədbir iştirakçıların sual-cavabı ilə davam edib.
Forum çərçivəsində qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin gücləndirilməsi və maarifləndirmə işinin daha səmərəli şəkildə aparılması istiqamətində təkliflər toplanaraq növbəti illər üçün fəaliyyət planına əlavə olunacaq. Sonda bütün iştirakçılara sertifikat və "İslamda Qida Mədəniyyəti" adlı kitab paylanıb.
Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTOSağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTO

Sosial       Tarix: 17 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər son xabarlar krminal bu gun xeberler