Şah damarın tıxanması - İnsulta aparan TƏHLÜKƏ
Şah damar (karotid), boynumuzun hər iki tərəfində yerləşən və beynimizə qan daşınmasını təmin edən arteriyadır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, beynimizin ehtiyac duyduğu qanın böyük bir hissəsini daşıyan karotid arteriyanın tıxanmasının və ya daralmasının ən vacib səbəbi arteriosklerozdur. Bu isə təkcə şah damarımızı deyil, bədənimizdəki digər damarlara da təsir edən vəziyyətdir.
Şah damarlarımızın daxili divarı elastik və hamardır.Lakin yüksək qan xolesterolunun olması və siqaret çəkmə səbəbi ilə yağ və zərərli maddələrin arteriyanın divarlarına yığılmağa başlayır. Bütün bunlar damar daxilində böyükl bir kir təbəqəsinin toplanmasına gətirib çıxarır.
Damarın sərtləşməsinə səbəb olan bu təbəqə isə özlüyündə qan axışının azalmasına səbəb ola bilir. Karotid arteriyadakı qan axını kritik səviyyədə aşağı düşərsə, beynin qidalana bilməməsinə və təhlükəyə səbəb ola bilər.
Şah damarın tıxanması insult riskini çoxaldır. Çünki, damarda yığılan kir təbəqəsi beyinə qan getməsini əngəlləyir. Həm də, tıxanmış damardan qopan kiçik parçalar qan aqxımı ilə birlikdə beyindəki incə damarlara daxil olur. BU isə ani tıxanmalara və insulta səbəb olur.
Bu daralma kritik hala gəldikdə, beynin tələb etdiyi qan təmin edilə bilmir və nəticədə "keçici işemik hücum" baş verə bilər.
Keçici işemik hücumun simptomları:
-Qol, ayaq və üzdə uyuşma
- Qol, ayaq və ya bədəndə gücsüzlük
- Üzün yarısının iflic olması
- Görmə itkisi və ya bulanıq görmə
- Danışmaqda çətinlik çəkmə
- Danışılanları başa düşməmək
- Başgicəllənmə
- Şüurun itməsi
Keçici hücumlar həm də xəbərdaredici funksiya daşıyır. Bu simptomlar olduğu təqdirdə yaxınlaşan daha ciddi insult riski gözlənilir. Belə xəbərdarlıq ciddiyə anlınmalı və dərhal həkim nəzarətinə götürülüb müalicə edilməlidir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ