Şahbaz Şərif İlham Əliyevə zəngindən yazdı
Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişləndirərək ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətində olduqlarını təsdiqləyiblər.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının yekunlarına dair yazıb.
"Bu gün mənim əziz qardaşım, Prezident İlham Əliyevlə səmimi telefon danışığım oldu. Biz Pakistan və Azərbaycan arasında möhkəm dostluğu və strateji tərəfdaşlığı, eləcə də güclü ikitərəfli əlaqələrimizi daha sıx iqtisadi, investisiya və ticarət əməkdaşlığına çevirmək əzmimizi təsdiqlədik", – Şərif qeyd edib.
Pakistan lideri həmçinin vurğulayıb ki, Azərbaycanın "ASAN xidmət" modeli əsasında yaradılmış Pakistandakı "Asaan Khidmat" şəbəkəsinin genişləndirilməsinə hərtərəfli dəstək göstərməyə razılıq verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Şərif əlavə edib ki, telefon danışığı zamanı tərəflər regional hadisələr ətrafında fikir mübadiləsi aparıb dialoqa, sülhə və sabitliyə sadiq olduqlarını təsdiqləyiblər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?
Bu il qızıl nə qədər ucuzlaşıb?
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Manat 1,70-dən nə vaxt "çıxa" bilər? Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə