Şahbazov və Simsonun birgə bəyanatı YAYILDI

Şahbazov və Simsonun birgə bəyanatı YAYILDIAzərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatı olub.
KONKRET.az bəyanatı təqdim edir:
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 2022-ci il fevralın 4-də Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib;
Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı ilk istismar ilinin uğurlu nəticəsini, həmçinin onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabətliliyi və sərfəli enerji təchizatının təmin edilməsinə töhfəsini yüksək qiymətləndiririk. Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrin şaxələndirilməsinə, o cümlədən bundan əvvəl təbii qaza çıxışı olmayan regionlara töhfə verir, həmin regionlarda kömürün istismardan çıxarılması prosesini sürətləndirir;
Azərbaycan Respublikasının hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaq, eləcə də Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata keçirmək səylərini davam etdirir. Son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması təchizatın şaxələndirilməsinin zəruriliyini bir daha vurğuladı.
Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan dövlətləri istiqamətində genişləndirilməsi imkanlarının öyrənilməsində bütün maraqlı tərəflərin səylərini yüksək qiymətləndiririk. Növbəti addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarının reallaşdırılması zamanı yarana biləcək bütün kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri qiymətləndirmək vacibdir;
Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən "Metan Rəhbər Prinsipləri" təşəbbüsünə imza atıblar. Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaq".

Sosial       Tarix: 05 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda ən son xəbərlər bugün son xəbər sonxeber.az