"Şahdağ Turizm Mərkəzi" niyə zərər edib? Direktor məsələyə aydınlıq gətirdi
"Şahdağ Turizm Mərkəzi" niyə zərər edib? Direktor məsələyə aydınlıq gətirdi
"Şahdağ Turizm Mərkəzi"nin direktoru Rüstəm Nəcəfov zərərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə yay mövsümünün başlanması ilə əlaqədar təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.
R.Nəcəfovun sözlərinə görə, hesabatda qeyd edilən zərər tək nağd deyil:
"Burada vergilər və s. də var. Hesabatda qeyd edilən 100 milyon manata yaxın zərər 2016-cı ildən indiyə kimi olandır. 2021-ci ildə mərkəzimizin dövriyyəsi 6,3 milyon manat olub. Dövlət tərəfindən bizə verilən vəsait 13,9 milyon manat təşkil edib. 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat olub ki, bu da 14 faiz azalma deməkdir".
O qeyd edib ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon daha çox olub: "Məqsədimiz zərəri azaltmaq üçün gəlirlərimizi artırmaq və dövlətdən asılılığımızı azaltmaqdır".
Direktor əlavə edib ki, mərkəzin ərazisində yerləşən bütün hotellərdə qiymətlər 100 manatdan başlayır.
İlhamə Əbülfət

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu