Sahib İbrahimov: "Manaf sözlərinə görə layiqli cavabını alacaq

Sahib İbrahimov: Əməkdar artist Sahib İbrahimovun şou verilişlərindən birində "Manafla Taciri bir tutmayın. Onları bir tərəziyə qoymayın. Tacir məktəbdir. Manafa hörmətim var, amma o, məktəb deyil" fikirlərini səsləndirməsi həmkarı Manaf Ağayev ilə arasında qalmaqala səbəb olub.
azxeber.com xəbər verir ki, ötən gün "Tarixin bir günü" verilişində qonaq olan Manaf Ağayev Əməkdar artistin bu fikirlərinə sərt reaksiya verib.
O, canlı yayımda Sahib İbrahimovun onu adıçəkilən sənət yoldaşları ilə müqayisə etməsini yaxşı hal hesab etmədiyini deyib: 
"Sahib məni Tacir Şahmalıoğlu ilə müqayisə edəndə çox aşağılayıb. Sahibin başı üçün deyil ki, mənim sənətim haqqında bir söz desin. Tacirin öz yeri var, mənim öz yerim. Ümumiyyətlə, hərənin öz yeri var. Sahib deyir ki, Manafla Taciri bir tərəziyə qoymayın. Niyə? Tacirin hansı ifası məndən üstündür? Onun oxuduğu qədər oxuyaram. Amma siz görün Sahib Tacir kimi oxuya bilərmi? Əlbəttə ki, yox" sözlərini söyləyib.
azxeber.com Manaf Ağayevin bu sözləri ilə bağlı Əməkdar artist Sahib İbrahimovun mövqeyini öyrənib.
Sənətçi, ilk dəfə belə qalmaqalda adının hallandığını deyib:
"Manafın dediklərindən xəbərim var, amma mən qalmaqal edəcək adam deyiləm. Sözümün yerini bilən kişiyəm. Mənim qonaq olduğum verilişdə söhbət sənətdən gedib, mən kiminsə şərəf və layəqəti haqda söz deməmişəm. Bütün dediklərim sənət baxımından doğru bildiklərimdir. Təbii ki, Manaf bəy yaxın günlərdə bu dediklərinin cavabını layiqincə alacaq. Bu günə qədər xalqın içində olan adamam. Mən həyatımı göstəriş üçün yaşamamışam. Sahib olduqlarımın da heç yüzdə birini göstərməmişəm heç kimə. Məni dəstəkləyənlər də çox sağ olsunlar. Görürəm, izləyicilər rəylərdə ünvanıma yaxşı sözlər deyirlər. Mənə görə narahat olmasınlar. Elə canlı yayımda da mən Manafın layiqli cavabını verəcəyəm".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 04 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda en sonxeber valyuta mezennesi beynelxalq bank mezenne