Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü

Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdüMilli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasının sədr müavini Tarik Humayt Əl Tahir, Çad Senatının sədr müavini Mbank Hacivoli, Kot-dİvuar Senatının sədr müavini Sakkoni Torri Sarra, Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini San Hafote Karamba və Mali Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Muhammedou Məhəmməd Osmani ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a verilən məlumata görə, görüşdə Milli Məclisin təşkilatçılığı və ev sahibliyi ilə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu, burada mühüm məsələlərin müzakirə edildiyi qeyd olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət və həmin müraciətdə yer alan mühüm mesajlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu, Azərbaycanın İslam dəyərlərinə, eləcə də müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə geniş məlumat verib. Eyni zamanda, ölkəmizdə İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri barədə qonaqlara məlumat verilib.
Görüşdə ölkələr və xalqlar arasında əlaqələrin dərinləşdirilməsində parlamentlərin mühüm rolu vurğulanıb. Həmçinin qanunverici orqanlar arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, qonaqların təmsil etdikləri parlamentlərlə Azərbaycan Milli Məclisi arasında beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İƏT Parlament İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qonaqlar İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunması münasibətilə Milli Məclisin sədrini təbrik edib, eyni zamanda Azərbaycanda və paytaxt Bakı şəhərində olduqları müddətdə şahidi olduqları inkişaf və qonaqpərvərliklə bağlı müsbət təəssüratlarını bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 25 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az