Sahibə Qafarova: 'Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olublar

Sahibə Qafarova: 'Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olublar"Böyük Atatürkün ideyaları qardaş Türkiyənin inkişafının təməlində dayanıb".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
Spiker bildirib ki, Türkiyə Respublikası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında sürətli inkişaf yolunu seçib:
"Ankara dünyanın bir çox regionlarında münaqişələrin həllində aparıcı rol oynayır. Türkiyə dünyanın aparıcı iqtisadiyyatlarında öz əhəmiyyətli yerini tutur. Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olublar. Bundan sonra da belə davam edəcək. Qardaş Türkiyə xalqına firavanlıq arzu edirəm", - deyə sədr bildirib.
S.Qafarova əlavə edib ki, Azərbaycan qardaş ölkənin uğurlarına öz uğurları kimi sevinir: "Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə "bir millət - iki dövlət"dir. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə deyilsə, "dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsunlar".
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər:
"Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb. Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. Mən əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək". / azxeber.com

Siyasi       Tarix: 30 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az