Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb