Sahibə Qafarova Matviyenko ilə GÖRÜŞDÜ

Sahibə Qafarova Matviyenko ilə GÖRÜŞDÜMilli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az–a verilən məlumata görə, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə, parlamentlərin qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyəti təqdirəlayiqdir.
Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub. Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.
Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib. İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Həmçinin regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Spiker regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bəyanatda nəzərdə tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir daha qeyd edib.
Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərlə bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.
Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026