Sahibə Qafarova PAİ Assambleyasında iştirak edib

Sahibə Qafarova PAİ Assambleyasında iştirak edibBu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAİ) "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri" mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır.
Spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir – hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur. Milli Məclisin sədri bildirib ki, bu ilin noyabrında Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin keçiriləcəyini nəzərə alaraq, cari ümumi müzakirələr təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və mövqelərimizin ifadə olunması baxımından yaxşı fürsətdir. Həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirildiyini nəzərə çatdıran Sahibə Qafarova nəzərə çatdırıb ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər" sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra, hökumət bu ərazilərin bərpası, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub. İndiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu rəqəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmamızın daha bir göstəricisidir. Eyni zamanda son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sadiqliyini aydın şəkildə nümayiş etdirib.

Siyasi       Tarix: 06 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xeberler bugun 2026 muharibe kriminal xeberler gunun xeberleri