Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklər

Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklərXəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.
Bu yeniliyin daha əlçatan olmasını təmin etmək üçün Kapital Bank Mobil-POS xidmətinə yeni qoşulanlar üçün xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 7-30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu - yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər. Həmçinin Mobil-POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.
Qeyd edək ki, xidmətdən yararlanmaq üçün "Android" əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.
Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.
Müştəri Bank sisteminə qoşulmaq üçün linkinə keçid etmək və ya (+99 412) 310 10 97  nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

İqtisadiyyat       Tarix: 08 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb. xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,94 dollar azalaraq 93,09 dollar olub

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar hava proqnozu cəbhədən son xəbərlər 2026 cəbhədən son vəziyyət