Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ

Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏMəlum olduğu böyük şirkətlərlə yanaşı kiçik və orta səviyyəli şirkətlər də mühasib xidmətlərindən istifadə edir. Təəssüf ki, bu mühasiblərin çoxu qeyri-peşəkardır. Bəziləri düşünür ki, mühasibin işi sadəcə vergi bəyannaməsini təqdim etmək və maaşlarla bağlı ödənişləri həll etməkdən ibarətdir. Amma unudurlar ki, qeyri-peşəkar mühasibin hər hansı bir səhvi sahibkarın hüquqi sanksiyalara məruz qalmasına, hətta həbsinə belə səbəb ola bilər.
Kifayət qədər problemlərin olduğu mühasibatlıq və konsaltinq xidmətləri ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov Bizim.Media-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Anar müəllim, mühasibin bir sənədə atdığı imza sahibkarı necə həbsə aparır?
- Bilirsiniz, bu sahədə problemlər yetərincədir. Təsəvvür edin ki, bəzi sahibkarlar 200-300 manata mühasibatlıq aparırlar. Həmin mühasibin gördüyü işdən sahibkar gələcəkdə 5-10 min, bəzi hallarda 50-100 min manat zərər görür. Çünki Vergi Məcəlləsinə əsasən, vergi öhdəlikləri və hesabatlarda olan səhvlərə görə məsuliyyət daşıyan şəxs şirkətin rəhbəridir. Lakin bu səhvləri edənsə mühasibdir.
Səhv bəyannamə, gizlədilmiş dövriyyə, saxta əsaslı xərc sənədləri – bunlar hüquq-mühafizə orqanları üçün kifayət qədər əsasdır. Məhkəmə qarşısında isə rəhbər dayanır. Çünki mühasibin yazılı məsuliyyəti, öhdəliyi  olmur. Həmçinin mühasib çox zaman 300-500 manatlıq konsaltinq xidməti göstərir. Göstərdiyi xidmətlə aldığı vəsait arasındakı tərs-mütənasiblik bir qayda olaraq onu məsuliyyətdən kənarda qoyur.
Sonda isə mühasibin məsuliyyətsizliyindən sahibkar əziyyət çəkir. Nəzərə alaq ki, 3-5 milyon dövriyyəsi olan şirkətin mühasibatlığını bir nəfər apara bilməz. Buna komanda işi lazımdır ki, sahibkar sonrakı risklərdən sığortalansın. Təbii ki, 300-500 manatlıq xidmətin heç bir məsuliyyəti və təminatı ola bilməz.
- Niyə bazarda bu qədər "mühasib" var və onları kim yetişdirir?
- Mühasibatlıq ölkəmizdə bir özfəaliyyət sahəsidir. Təhsili, təcrübəsi olan da, olmayan da mühasibatlıqla məşğul olur. Bu da onunla bağlıdır ki, hazırda Azərbaycanda kimin mühasib işləyə biləcəyinə dair ciddi praktik nəzarət yoxdur. Təəssüf ki, bəzən sadəcə 1C proqramını işlədə bilmək bir şəxsin mühasib kimi fəaliyyət göstərməsi üçün "yetərli" sayılır. Peşə etikası, vergi hüququ, IFRS və MİQ nəzəriyyəsi bilikləri olmayan şəxslər şirkətlərin taleyini idarə edir.
Halbuki dövlətin belə bir proqramı var. Bu proqramın icrasını həyata keçirən Maliyyə Nazirliyi peşəkar mühasib sertifikatı verir. Bu gün bazardakı mühasiblərin tam əksəriyyəti həmin sertifikatı almayıb. Halbuki qanunvericilikdə göstərilir ki, mühasibatlığı yalnız bu sertifikatı alanlar apara bilərlər. Hətta əksər baş mühasiblərin də bu sertifikasiyadan xəbərləri yoxdur.
Qanunvericilikdə konsaltinq şirkətlərə qarşı tələb var ki, mühasiblərin ən azı ikisi peşəkar olmalıdır. Amma konsaltinq şirkətləri də həvəskar mühasiblərlə işləməyə üstünlük verirlər. Çünki peşəkar mühasib 700-800 manata işləmir. Konsaltinq şirkətlərinə etimadın olmaması səbəbində sahibkarlar fərdi mühasiblə işləməyə daha çox üstünlük verirlər. Bu cür yanaşmadan peşəkar konsaltinq şirkətləri ziyan görür. Təcrübəmdə az olmayıb ki, konsaltinq xidməti təklif edəndə sahibkar laqeydcəsini əlini yellədib, "boş şeydir" deyib.
- Peşəkar mühasiblərin yetişdirilməsi üçün nə etmək lazımdır?
- Bu məsələdə ən böyük iş sahibkarın üzərinə düşür. Kiçik və orta sahibkarlar maraqlı olmalıdır ki, onun mühasibatlığında əsl peşəkarlar olsun. Peşəkarlarsa birdən yetişmir. Şirkətlər öz mühasiblərini təlimlərə, kurslara göndərməlidirlər ki, tez-tez dəyişən qanunvericiliyi öyrənsinlər.
Əslində bu sahədə peşəkar təlim kursları da yox dərəcəsindədir. Üstəlik mühasiblər gün ərzində o qədər yükləyirlər ki, onların təlim, kurs barədə düşünməyə vaxtları qalmır. Hesab edin ki, peşəkar mühasib sertifikatı almaq üçün hansısa kurslara getmək lazımdır. Çoxlarının bu kurslara getməyə sadəcə vaxtları olmur. Hələ maddi imkanlarını demirəm. Nəticədə peşəkar mühasiblər yetişmir.
- Bəs bu sahədə hansı mexanizmlər tətbiq edilməlidir?
- Azərbaycanda mühasibatlıq sahəsində attestasiyanın tətbiqi yalnız bəzi sahələr üçün nəzərdə tutulub. Lakin bu kifayət deyil. Əgər sürücü olmaq üçün hüquqi sənəd (vəsiqə) lazımdırsa, on minlərlə manat dövriyyəsi olan müəssisənin mühasibatlığını aparmaq üçün də rəsmi ixtisas sənədi və icazə tələb olunmalıdır. Və yaxud auditorlarda belə bir qayda var: audit xidməti göstərmək üçün Auditorlar Palatasından lisenziya almalısan. Üstəlik Palata lisenziya alan auditorlara nəzarət edir. Lakin mühasiblərə və konsaltinq şirkətlərinə heç bir nəzarət yoxdur.
- Bəs, belə vəziyyətdə sahibkarlar özlərini necə sığortalıya bilərlər?
- İndiki vəziyyətdə hansısa sığortadan söhbət gedə bilməz. Bütün proseslər sahibkarı maddi və mənəvi məsuliyyətə aparır. Gec-tez sahibkar mühasibatın səhvlərinə görə müvafiq dövlət qurumu qarşısında cavab verməli olur. Bu zaman mühasib heç bir məsuliyyət və cavabdehlik daşımır. Çünki heç bir sahibkar mühasiblə maddi-məsuliyyət müqaviləsi imzalamır. Bununla bağlı hansısa tələb, öhdəlik yoxdur. Halbuki bir şirkətin mühasibatlığını aparan şəxslə şirkət arasında maddi-məsuliyyət müqaviləsi olmalıdır. Dövlətin tələbi var ki, mühasibatlıq işi aparan hər bir şəxs peşəkar mühasib sertifikatı almalıdır. Lakin nə bu tələbi icran edən, nə də ki, bu tələbin icrasına nəzarət edən var. Nəticədə mühasiblikdəki nöqsanlara görə sahibkar cibi və hüquqi azadlığı ilə cavab verməli olur.
- Ona görə də ağıllı sahibkar mütəmadi olaraq audit xidmətindən yararlanmalıdır...
- Çox təəssüf ki, ölkəmizdə yüksək audit xidməti də yoxdur. Bu sahədə də təsadüfi adamlar çoxdur. Hesab edin ki, 4-5 milyonluq dövriyyəni bəzi auditorlar 2-3 günə və hətta bir sutkaya bitirirlər. Bu audit yox, başqa şeydir. Qeyd edim ki, şirkətin mühasibatlığını aparan, onun auditini apara bilməz. Sonda bunun çox ağır nəticələri olur. Nəticədə vergi orqanları qarşısında nə konsaltinq, nə audit, nə də mühasib cavab vermir. Cavabdeh yalnız sahibkar olur. Mühasibatlıq ucuz xidmət deyil, hüquqi və maliyyə təhlükəsizliyinin təməlidir. Sahibkar bir gün məhkəmədə "mən bilmirdim, mühasib edib" deməklə məsuliyyətdən yayınmır. Bu səbəbdən, sahibkar öz biznesini, azadlığını və nüfuzunu qorumaq istəyirsə, peşəkarla işləməlidir. / azxeber.com

Sosial     Baxılıb: 142   Tarix: 30 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Problemli kreditlərin həcmi artıb

2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb. KONKRET.azxəbər verir ki, bu, milli valyuta ekvivalentində 31863,7 milyon mana

Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.  xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistandan Azərbaycana ar

Bakıda 42 ünvanda təmir işləri aparılacaq - Siyahı

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işlər

Dünya qaz böhranı ilə üz-üzə - ABŞ və Avropa yeni yollar axtarır

"Financial Times" nəşri Fars körfəzində yaranan böhran fonunda yaxın günlərdə dünya üzrə qaz çatışmazlığının qaçılmaz ola biləcəyini yazır. Böhran dərinləşərsə, Avropa ölkələri alternativ qaz mənbələrini necə təmi

Qızıl və gümüş ucuzlaşdı

COMEX ticarət birjasında aprel ayı üzrə qızıl füçerslərinin qiyməti yanvarın 5-dən bəri ilk dəfə bir unsiya üçün 4 400 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saat 04:35-ə olan məlumata görə, qızılın qiymət

Rusiyadan İrana qatarla göndərilən humanitar yardım Astara stansiyasına çatıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan yük qatarı Astara stansiyasına çatıb. APA-ya istinadən xəbər verir ki, 31 vaqondan ibarət olan qatar daha sonr

Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib

Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib. xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, bu gün Moskva istiqamətində uçan 13 PUA vurulub. Rusiy

Kriptovalyutada şok eniş: Bitcoin 68 min dollara düşdü

Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki kriptovalyutanın – "Bitcoin" və "Ethereumun" (ETH) dəyəri azalır. xəbər verir ki, bu barədə "Binance" platformasından əldə edilən məlumatla

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. xəbər verir ki, tədqiqat JACC: Advances jurnalında dərc edilib. Qeyd olunub ki, çips, kolbasa, şəkərl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər cəbhədən şad xəbər maşın realiti şou xabarlar