Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb - FOTO+VİDEO
Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən Azxeber.com-a verilən məlumata görə, Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər
Bu sürücülərin 'prava'sı əlindən alınacaq
İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI
Bu şəxslərə qapı açmayın - Qohum olsa belə
Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?
TƏCİLİ: Xamenei Trampa yeni TƏKLİF ETDİ - Görün nə istəyib
DİQQƏT: Bu tarixdə Rusiya və Ukrayna atəşkəs imzalayacaq
Mingəçevirdə tələbə vəfat etdi
Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir
Vado Korovin qızı ilə fotosunu paylaşdı
May ayı ən çox onlar üçün uğurlu olacaq - Bürclər belə deyir
Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir - FOTO
Nəsrin Cavadzadənin ailə qurduğu bəy kimdir? - TOYDAN FOTOLAR
Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI
Tanınmış azərbaycanlı aktrisaya ağır itki - FOTO