Sahil Babayev: "Şuşada da DOST Mərkəzi yaradılacaq
"2019-cu ilin may ayından Bakı və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzi açılıb. Qısa müddətdə DOST Mərkəzləri şəbəkəsi ölkəmizin bütün regionlarını, o cümlədən işğaldan azad edilmiş bölgələri əhatə edəcək".
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir Şuşada da DOST Mərkəzinin yaradılacağını, ümumən işğaldan azad edilmiş rayonların hər birinin DOST xidmətləri ilə əhatə olunacağını deyib.
S. Babayev vurğulayıb ki, DOST Agentliyi və mərkəzləri Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılıb: "Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmətin "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim olunmasına imkan verib".
DOST Mərkəzlərində artıq 500 mininci vətəndaşa xidmət göstərildiyini qeyd edən S. Babayev vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 97 faiz üzərində olduğunu deyib.
Nazir bildirib ki, DOST mərkəzləri Azərbaycanın yeni brendi olmaqla, bir çox ölkə ölkəmizin bu innovativ yeniliyini öyrənməyə çalışır. Onun sözlərinə görə, hazırda 14 ölkə Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olan DOST təcrübəsini özündə tətbiq etməkdə maraqlıdır.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR