Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu

Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı olduŞahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu
Baş nazirin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasına əminlik ifadə olunub.
Söhbət zamanı "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, eyni zamanda region üçün əhəmiyyəti qeyd olunub.
Telefon danışığı zamanı həmçinin, ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb. /oxu.az

Siyasi       Tarix: 01 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun