Salyanda mikroavtobusla "KamAZ" toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB
Ələt-Astara magistralında bu gün baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirliən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüsyn oğlu xəstəxanada ölüb.
***
10:16
Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt-Astara magistralında baş verən qəza ilə bağlı məlumat yayıb.
KONKRET.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyi) "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
09:22
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford" markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil "KamAZ" markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. ONlardan 2-si kişi, 3-ü qadındır. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir