Şamaxıda güclü külək və leysan fəsadlar törədib
Şamaxıda güclü külək və leysan fəsadlar törədib
Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
"Report" xəbər verir ki, aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.
Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən üç hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.
Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.
Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəlakətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb