Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstələri saxlanıldı - FOTO
Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstələri saxlanıldı - FOTO
Şamaxıda yaşayış yerini tərk edən dörd COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub. Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən edilib və əraziyə həkim briqadası çağırılıb. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində hər dörd şəxs barəsində cinayət işi başlanılıb.





Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR