Şamil Tağıyev: "Erməniləri niyə Rusiyadan deportasiya etməyə başlayacaqlar?" - ŞƏRH

Şamil Tağıyev: "Erməniləri niyə Rusiyadan deportasiya etməyə başlayacaqlar?" - ŞƏRHŞamil Tağıyev: "Erməniləri niyə Rusiyadan deportasiya etməyə başlayacaqlar?" - ŞƏRH
Ermənistan yenidən narahatdır... Yerevanın "İravunk" qəzetinin verdiyi məlumata görə, Rusiyada karantin rejimi ləğv edildikdən sonra ermənilərin kütləvi şəkildə deportasiyası gözlənilir. İrəvan bunu Rusiyada ermənilər və azərbaycanlılar arasında münaqişə ilə əlaqələndirir. Nəşr qeyd edir ki, gərginlik artıq görünməkdədir. Rusiyaya işləməyə gedən Ermənistan vətəndaşlarının sənədləri Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə araşdırılır.
Bununla yanaşı, Moskvadakı Azərbaycan icmasının rəhbəri Şamil Tağıyevin Media.Az-a bildirdiyi kimi, vəziyyət Ermənistan mediasının açıqladığı ilə eynilik təşkil etmir. Ermənilərin kütləvi şəkildə mümkün deportasiyası son toqquşmalarla əlaqəli deyil. 
- Gəlin Moskvadakı hazırkı durum nədən ibarət olmasından başlayaq, erməni və Azərbaycan diasporları arasında gərginlik davam edirmi?
- İndi sakitlikdir.
- Bununla yanaşı, Yerevanın "İravunk" qəzeti ermənilərin Rusiyadan kütləvi şəkildə deportasiya olunacağını bildirib...
- Məsələyə aydınlıq gətirək. Dava və hücumlarda iştirak edən insanların deportasiyası bütün iştirakçılara aiddir. Bu məsələ ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçkin yanaşması yoxdur, bu, birinci məsələdir. Ancaq Yerevan KİV qorxularında haqlıdır, məhz ermənilərin kütləvi şəkildə deportasiyası ilə bağlı nəticəyə gəlmək analitik hesablamalar sayəsində mümkündür və bu, son toqquşmalarla heç bir əlaqəsi olmayan ikinci məsələdir.
Ermənistan və xarici siyasətlə bağlı vəziyyət var. Yerevan açıq şəkildə Rusiya Federasiyasında gözlənildiyi kimi davranmır. Hətta rusiyalı ermənilər Nikol Paşinyanı və onun Rusiyaya qarşı siyasətini tənqid edirlər. Bir çox rusiyalı ermənilər Paşinyana qarşı mənfi münasibət sərgiləyirlər, onun ölkəni idarə edə bilməməsini göstərməyə çalışırlar. Misal olaraq, Marqarita Simonyanın və başqalarının çıxışlarını yadımıza salaq. Onların hamısı mövcud Ermənistan hökumətinin Rusiya əleyhinə siyasət yürütdüyünü vurğulayır. Erməni KİV-in ritorikası haqqında danışmağın, yəqin ki, mənası yoxdur – o, Rusiya Federasiyasına nifrət hissi ilə dolub. Buna görə də, qorxular Rusiya Federasiyası ərazisindəki döyüşlər və qarşıdurmalarla deyil, Moskva ilə Yerevan arasındakı münasibətlərlə bağlıdır.
- Yəni indiki Ermənistan hakimiyyətinə görk olmaq üçün erməni vətəndaşlarını deportasiya edəcəklər?
- Bəli, deportasiya mexanizmi işə düşərsə, bu, ilk növbədə "Paşinyanyönümlü ermənilər"ə təsir edəcək. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiyanın erməni diasporunda bir növ parçalanma baş verdi. Ermənistandakı yeni hökuməti dəstəkləyən yeni erməni diaspor quruluşları meydana çıxdı. Rusiya ermənilərinin "Rusiyayönümlü" birliyi - Rusiya Erməniləri İttifaqı vardı. O, hələ də mövcuddur, amma praktik olaraq media sahəsində yoxdur. Ancaq yeni quruluş - Rusiya Erməniləri Birliyi adlı paşinyanyönümlü təşkilat hər yerdə var. /oxu.az

Siyasi       Tarix: 04 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun