Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı

Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldıSamux rayonunun Köbər kəndində gecə saat 4 radələrində baş verən yanğın qısa müddətdə evi tamamilə yararsız hala salıb. Hadisə nəticəsində 7 nəfərlik ailə evsiz qalıb.
Yanğını söndürməyə çalışarkən ev sahibi Abid Qasımov xəsarət alıb.
"Uşaq çıxıb dedi ki, ay nənə, evimiz alışıb yandı. Yuxudan durub mətbəxə getdim, gördüm ki, alov artıq göyə qalxıb. Nə qədər su tökdük, nə qədər çalışdıq, ancaq söndürmək mümkün olmadı. 50 ildə çəkdiyim əziyyət 40 dəqiqəyə yoxa çıxdı" , - deyə Abid Qasımov çarəsizliyini ifadə edib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ətraflı Baku TV-nin süjetində:

/ azxeber.com

Sosial       Tarix: 11 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün, paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb. xəbər verir ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekva

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 93,41 dollara, yüngül neftin bir barreli isə 90,16 dollara təklif edilir

Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib. xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsu

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər şou biznes xəbərləri sonxeber.az cəbhədən son vəziyyət