Sanksiyalar ABŞ-ın milli maraqlarına hansı zərbələr vura bilər? – "Fox News" məsələni araşdırıb

Sanksiyalar ABŞ-ın milli maraqlarına hansı zərbələr vura bilər? – Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ABŞ-ın dünyada təsirini zəiflədə bilər.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın ən populyar teleaparıcısı Taker Karlson deyir. Teleaparıcının fikrincə "buna səbəb Amerika prinsiplərinə inamın sarsıdılmasıdır. Bu gün əgər Amerika məhkəməsiz əmlakı müsadirə edirsə və onun valyutası etibarsızdırsa və sahibindən alına bilirsə, o zaman belə bir dövlətə kim güvənər ki?"
Ekspertin fikrincə, Rusiyanın qlobal bank sistemindən qovulması son nəticədə dolları zəiflədəcək. Rusiyaya qarşı sanksiyaların Vaşinqtonda demokrat və neokonservativ isteblişment arasında geniş dəstəyi olduğu bilinir. Amma isteblişmentin Putinə yaxın oliqarxlara qarşı daha sərt və daha çox şəxsi hədəfə almağa çalışdığı sanksiyaları dəstəkləməsinə baxmayaraq, bu sanksiyalar sonda ABŞ-ı vuracaq. Bununla da onlar sonda keçmiş DTK zabiti Putinə də kömək etmiş olacaqlar".
Taker Karlson söhbətində qeyd edib ki, sanksiyalar yalnız ilk baxışdan düşmənlə mübarizənin effektiv vasitəsi kimi görünür. Və ABŞ da bir düşmən kimi müxtəlif cinayətlər törətmiş Vladimir Putinə qarşı elan etdilər. "Sizcə bu vaxtadək tətbiq edilən sanksiyalar nəzərdə tutulan insanları cəzalandırırmı? Və sanksiyaların bizim düşünməli olduğumuz arzuolunan nəticələri varmı? Təkcə xoş niyyət bizim üçün kifayət deyil. Siyasi qərarların hansı nəticələrə gətirib çıxaracağına diqqət yetirilməlidir. Amma neyniyək ki,böyüklər belə qərarlar qəbul edirlər" – deyə Karlson bildirib.
Rusiya siyasəti üzrə mütəxəssis deyib ki, "sanksiyalar Putinə və həmçinin Rusiyaya kömək edə bilər. Rusiya mənbələrinin məlumatına görə son vaxtlar Putinin populyarlığı 10 faiz artıb. Və bu, Qərbin Rusiya iqtisadiyyatına qarşı repressiv addımlar atdığı anda baş verib. Xüsusən, VISA, McDonalds və Qərb biznesinin digər titanları Rusiyadakı biznes əməliyyatlarını müvəqqəti dayandırdığı vaxtda.
"Mən Rusiyada əvvəllər Putinə qarşı və Qərb tərəfdarı olan bəzi adamları tanıyıram. Sanksiyalarımıza görə bu insanlar hər şeyini itirdikləri səbəbindən Qərbə qarşı çıxırlar. Sanksiyaların digər arzuolunmaz nəticəsi Rusiyanın Çinlə daha da yaxınlaşması olub. Rusiyanın qlobal maliyyə sistemindən qovulması ilə Rusiya-Çin cütlüyü öz paralel pul köçürmə sistemini yaratmağa cəhd edə, beləliklə, dolları zəiflədə və onun qlobal mübadilə vasitəsi statusunu təhlükə altına qoya bilər.
Hər bir dövlət indi bu təhlükənin fərqindədir: dolları Mərkəzi Bankında ehtiyat valyuta kimi saxlayırsa, ABŞ-ın bu pulu götürüb dondura biləcəyi riski var. Eyni şey nəzarət altında olan valyutalarda olan digər əmanətlərlə də ola bilər. İndi bu, təhlükə yaxşı başa düşülür. Qorxuram ki, bu şüur bizim maliyyə arenasında olan təsirimizi birbaşa məhdudlaşdırar. Bizim tərəfimizdən bu cür siyasət milli maraqlarımıza cavab vermir, əksinə, onları təhlükə altına alır. Eləcə də, qlobal təhlükəsizliyə də təhlükə yaradır" – deyə Erlix fikirlərini yekunlaşdırıb.
"Fox News", ABŞ. 11 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 12 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar