Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb.
Buna səbəb isə Mişelin Avropa parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olmasıdır.
"2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Seçilsəm öz yerimi tutacağam. Avropa Şurası isə iyunun sonunda və ya iyulda yeni sədri elan edə bilər", – deyə o qeyd edib.
Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi