Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Satbayev Universitetində akademik mobillik proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirib.
azxeber.com xəbər verir ki, görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova, eləcə də İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Görüş zamanı müxtəlif fakültələrdən seçilmiş 29 nəfər üçüncü kurs tələbəsinin təhsil prosesi, yaşayış şəraiti, adaptasiya imkanları və ümumi təcrübələri ilə maraqlanılıb.
Tələbələrin qarşılaşdığı çətinliklər, onların gündəlik təhsil və sosial həyatına dair fikirləri dinlənilib, ünvanladıqları suallar cavablandırılıb.
Qeyd edək ki, ADNSU-nun 29 tələbəsi akademik mobillik proqramı çərçivəsində bir semestr müddətində Satbayev Universitetində təhsillərini davam etdirirlər.





"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib