Saxta attestat verilməsi mümkündürmü? - VİDEO

Saxta attestat verilməsi mümkündürmü? - VİDEOSaxta attestat verilməsi mümkündürmü? - VİDEO
Bir müddətdir ölkədə məktəb direktorlarının şagirdlərə saxta attestatlar verməsi ilə bağlı məlumatlar yayılır.
Təhsil eksperti Kamran Əsədov iddia edir ki, bəzi məktəb direktorları şagirdlərə saxta attestatlar verib.
Məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Kamran Əsədov bildirib ki, məktəb direktorları onlara verilmiş attestatları pul müqabilində və yaxud digər həvəsləndirici nələrinsə qarşılığında satırdılar: 
"Əvvəllər çox ciddi şəkildə saxta attestatlar kütləvi hal almışdı. Bəziləri 9-cu sinifi başa vururdu, 11-ci sinifi oxumurdu, amma bəzi məktəb direktorları ona 11-ci sinifin attestatını verirdilər, çünki bunun yoxlanma mexanizmi yox idi".
Ekspert bildirir ki, belə saxta attestatlar ölkə daxilində işə yaramadığından onu alanlar təhsili xaricdə davam etdiriblər:
"Azərbaycanda saxta attestatlar almış şəxslərin təhsillərini davam etdirməsi üçün elektron bazada bu məlumat olmalıdır. Yəni, şagird məzun sistemində onlar haqqında məlumat olmadığı üçün həmin şəxslər Azərbaycanda təhsillərini davam etdirmirdilər, amma Türkiyədə, Rusiyada, Dərbənddə, Qazaxıstanda, Ukraynada ali təhsil alırdılar və qayıdıb Azərbaycana gələndən sonra diplomları təsdiqlənirdi".
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, təhsil alanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır:
"Ümumi orta və tam orta təhsil haqqında attestata yazılan yekun qiymətlər DİM tərəfindən yerli təhsili idarəetmə orqanlarına göndərilir. Bu səbəbdən də məktəb direktorlarının şagirdlərə saxta attestat verməsi qeyri-mümkündür və indiyədək bu məsələ ilə bağlı Nazirliyə heç bir məlumat daxil olmayıb".

/oxu.az

Sosial       Tarix: 23 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. yenisabah-a istinadə

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Dolların güclənməsi manata necə təsir edəcək? - Milli valyuta ilə bağlı mühüm məqamlar

2026-cı ilin ilk yarısında ABŞ dollarının qlobal bazarlarda təxminən 3 faiz möhkəmlənməsi valyuta bazarlarında yeni müzakirələrə səbəb olub. Bu tendensiyanın ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinə təsir edib-etməyəcəy

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən son durum son xeber xeber.az bu gun