Seçicilərə ərzaq paylayan namizədə xəbərdarlıq edildi
Seçicilərə ərzaq paylayan namizədə xəbərdarlıq edildi
99 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Zeynalov Tural barədə Mərkəzi Seçki Komissiyasının "Qaynar Xətt"inə müraciət edilib.
Qafqazinfo xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat yayıb.
O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:
"Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə "Qaynar Xətt"ə müraciət olunub.
Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar".
MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb