Seçicilərin etirazla qarşıladığı deputatlar – SİYAHI

Seçicilərin etirazla qarşıladığı deputatlar – SİYAHI Seçicilərin etirazla qarşıladığı deputatlar – SİYAHI
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi bu gün başa çatır.  
Bu mərhələ daha çox növbəti dəfə parlamentdə təmsil olunmaq istəyən deputatlardan bəzilərinin seçicilərin sərt etirazları ilə qarşılanmasıyla yadda qaldı.  
Yenisabah.az həmin deputatların siyahısını təqdim edir. 
95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Sahib Aliyev: Sahib Aliyev 10 ildir ki, bu dairənin deputatı kimi parlamentdə oturur. Lakin keçirdiyi görüşlərdən görünür ki, 10 il ərzində seçicilərin rəğbətini qazana bilməyib. Seçicilər də onu əsasən "10 il idi harada idin?" sualı ilə qarşılayırlar. Sonuncu dəfə isə Sahib Alıyev görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb. Çünki seçicilər deputata danışmaq imkanı verməyib və onu dəstəkləmədiklərini bəyan ediblər.  
42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili: Tahir Mirkişili 2015-ci ildə keçirilən beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə bu dairənin qalibi elan olunub. Deputat bir neçə gün əvvəl "Stansiya Sumqayıt" adlanan yaşayış məntəqəsində seçicilərlə görüşdə etirazla qarşılanıb. Görüşdə az sayda iştirak edən seçicilər deputatın fəaliyyəti ilə bağlı iradlarını bildirməklə yanaşı tədbirə büdcə təşkilatlarının nümayəndələrinin gətirilməsinə etiraz ediblər.  
60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı: Fəzail Ağamalı 25 ildir deputatdır. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edib. İndi dördüncü dəfə bu dairədən mandat qazanmaq istəyir. Amma bu dəfə seçicilərin ciddi reaksiyası ilə üzləşib. Dünən isə etirazlar qarşıdurma səviyyəsinə çatıb. Seçicilər Fəzail Ağamalının rəqibi Kamil Musəvini dəstəklədiklərini bəyan edərək Fəzail Ağamalını görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Deputat isə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq təxribatla üzləşdiyini, hücuma məruz qaldığını iddia edib.  
110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev: Elşən Musayev 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairədən mandat qazansa da, seçicilərin rəğbətini qazana bilməyib. Hər halda onun Zaqatalanın Muxax kəndində keçirdiyi görüşdə sərt reaksiya ilə üzləşməsi faktı var. Deputat etirazlara davam gətirməyərək görüşü yarımçıq saxlayıb. Seçicilər isə onu fitə basaraq yola salıblar. 
30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva: Sevinc Fətəliyeva 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairənin deputatı elan edilib. Amma seçicilərinin sözlərindən belə anlaşılır ki, 10 ildir onu görmürlər. Sevinc Fətəliyevanın da etirazlarla qarşılandığının videogörüntüləri sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub. 
80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəd Çingiz Qənizadə: 10 ildir bu dairənin deputatı olan Çingiz Qənizadə demək olar ki, hər görüşdə seçicilərin etirazları ilə qarşılanır. Müşahidələr göstərir ki, xüsusilə İmişlidə Çingiz Qənizadəyə münasibət ürəkaçan deyil.  /oxu.az

Siyasi       Tarix: 07 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber hava haqqinda cəbhədən son xeber kriminal