Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA (VİDEO)

Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA (VİDEO)Video əlavə olunub.

***
Ermənistanın keçmiş prezidenti və müxalif "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan iyunun 20-də səsvermədən sonra güclü toqquşmaların başlayacağını deyir. Ter-Petrosyan bu haqda İctimai televiziyaya müsahibəsində danışıb.
O deyir ki, siyasi qüvvələr və onların tərəfdarları arasında qarşılıqlı təhqirləri, eskalasiyanı dayandırmaq artıq mümkün deyil. "Bunlar hələ harasıdır. Bu, misli görünməmiş kampaniyadır, heç vaxt bu cür nifrət və bu qədər təhqir olmamışdı. Sərt diskussiya olmuşdu, amma bu səviyyədə yox", - Ter-Petrosyan əsasən Robert Köçəryanla Nikol Paşinyan arasında gedən mübarizəni şərh edərkən bildirib.
Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA (VİDEO)Keçmiş prezident əmindir ki, bu eskalasiyanın təsirləri səsvermə günü və ondan sonra özünü göstərəcək. Onun sözlərinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası və Robert Köçəryanın "Ermənistan" bloku böyük maliyyə, inzibati və kriminal resurslara sahibdirlər. Və onlar həmin resurslardan istifadə edəcəklər.
"Onlar üçün bu mübarizə yaşam uğrunda deyil, ölüm uğrunda mübarizədir. Və səsvermə zamanı bəzi toqquşmalar olacaq, daha sonra səslərin sayılması zamanı. Ondan sonra isə daha güclü toqquşmalar. Onlar artıq böyük mitinqlər haqda elan veriblər", - Ter-Petrosyan bildirib.
Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA (VİDEO)Qeyd edək ki, Paşinyan son günlər öz rəqiblərini "başlarını çəkiclə əzməklə" hədələyib. Belə ki, seçicilərlə görüşlərdən birində tərəfdarlarından biri Paşinyana çəkic verib və həmin çəkiclə seçkidən sonra "korrupsionerlərin başını əzməyi" istəyib. Paşinyan həmin çəkici seçki mitinqlərində nümayiş etdirir və deyir ki, seçkilərdə qalib gələrək xalqdan "dəmir mandat" alacaq və hazırda ona qarşı çıxanların başını çəkiclə əzəcək. Hərçənd o, çəkici birbaşa müxalifətçilərin başına endirmək barədə danışmasa da bunun "qanunun gücünün rəmzi" olaraq istifadə ediləcəyini deyir.
Robert Köçəryandan isə Paşinyanın çəkici haqda soruşanda o deyib ki, əlinə çəkic almağa ehtiyac görmür. Çünki yumruğu kifayət qədər güclüdür. Və Köçəryan deyib ki, onun hökuməti çəkici ancaq inşaat üçün istifadə edəcək.
Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA (VİDEO)Son rəy sorğularına görə Köçəryanla Paşinyanın reytinqi təxminən bərabərdir və hesab edilir ki, Paşinyan inzibati resurslardan istifadə edərək onu üstələməyə çalışacaq. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 16 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun bugünkü son xəbərlər son xəbərlər cəbhədən son xəbərlər