Seçkilərə görə akkreditasiyası ləğv edilən Aygün Attar: "ATƏT tərəfsiz olmalı idi" - VİDEO
Seçkilərə görə akkreditasiyası ləğv edilən Aygün Attar: "ATƏT tərəfsiz olmalı idi" - VİDEO
Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq müşahidəçi kimi akkreditasiyası ləğv edilən Aygün Attar REAL TV-yə müsahibə verib.
O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) qərəzli mövqeyindan çox narahat olub.
"Mən bunu yazılı şəkildə ATƏT-in müşahidə missiyasının rəhbərinə bildirdim. Həqiqətləri elmi-nəzəri və sənədli şəkildə ifadə etdiyim üçün narahat oldular", - deyə A.Attar qeyd edib.
O, ATƏT-in vəzifələrini xatırladıb:
"Mən deyirdim ki, ATƏT öz vəzifəsini icra etməlidir. Bunu iki paraqrafda yazdım. ATƏT-in tərəfsiz olması lazım idi, amma tərəf tuturdu. Dedim ki, radikal və müxalif fikirləri həqiqət kimi təqdim edə bilməz. Onu da bildirdim ki, Azərbaycanın daxili siyasəti və xüsusilə etnik kimliklərlə bağlı bir söz deyə bilməz. Mən bunları maddə-maddə yazdım".
A.Attarın sözlərinə görə, ATƏT-in müşahidə missiyasına xatırladıb ki, bütün beynəlxalq müşahidəçilər Azərbaycan xalqının seçiminə hörmət etməlidir, yönləndirməli deyil.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında ATƏT DTİHB-in müşahidə missiyasının müraciətinə baxılıb.
Müraciətə əsasən, Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçi Aygün Attarın akkreditasiyasını ləğv edilib.
Qeyd edək ki, A.Attar ATƏT-in qısamüddətli müşahidəçisi idi.
/oxu.az
f Paylaş
Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı