Seçkilərə qatılmayan deputat: Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?!
Seçkilərə qatılmayan deputat: Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?!
Beşinci çağırış Milli Məclisdə təmsil olunan 31 deputat növbədənkənar parlament seçkilərində iştirak etmir.
Modern.az həmin deputatlardan bir neçəsi ilə əlaqə saxlayaraq, onların bundan sonra nə işlə məşğul olacaqlarını soruşub.
Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olmuş Əliağa Hüseynov başını aşağı salıb həyatını yaşayacağını deyib:
"Mən təqaüdçü adamam. Bundan sonra nə iş görə bilərəm ki?! 74 yaşım var. Başımı aşağı salıb həyatımı yaşayıram. İmkan daxilində əsgərlərlə görüşlərə dəvət edirlər. Mən də onlarla görüşlərə gedirəm. Öz hərb təcrübəmdən onlara danışıram".
YAP üzvü Rafiq Məmmədhəsənov isə suala qəzəblənərək cavab verib:
"Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?! Bu barədə mənə sual verməyin!"
YAP üzvü Dilarə Cəbrayılova isə pedaqoji fəaliyyətini davam etdirəcəyini bildirib:
"Milli Məclis mənim üçün həyat məktəbi idi. O yolu şərəflə keçdim. Yeni Azərbaycan Partiyasına minnətdaram ki, mənim namizədliyimi irəli sürdü. Ötən dörd il ərzində Bakı kəndlərində insanlarımızla ünsiyyətdə oldum. Həmçinin, Bakı kəndləri arasında Milli Məclisdə təmsil olunan qadın oldum.
Bu özü tarixə düşmüş hadisədir. Bundan sonrakı fəaliyyətimi tam olaraq qərarlaşdırmamışam. Pedaqoji fəaliyyətimi davam etdirirəm. Gənclərin vətənpərvər böyüməsinə çalışıram. Gələcəkdə siyasətdə olub-olmayacağımı dəqiqləşdirməmişəm. Ola bilsin ki, heç olmayım. Sadəcə çalışacam ki, ölkədə gedən proseslərə fikirlərimi bildirim".
YAP üzvü Mirzəcan Xəlilov isə xeyriyyəçiliklə məşğul olacağını deyib:
"Kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam.
Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm". /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb