"Sədərək" Ticarət Mərkəzi bağlanır?
"Sədərək" Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər.
KONKRET.az olke.az-a istinadən xəbər verir ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının "Sədərək"də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.
Bundan əlavə, azərbaycanlı alıcıların "Trendyol" vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
Yayılmış iddialarla bağlı "Sədərək" TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib:
"FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur.
"Sədərək" TM-in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır".
Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:
"Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. "Sədərək" TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. "Trendyol"dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR