"Sədərək"də əməliyyat: ata və oğlu tutuldu - FOTO
"Sədərək"də əməliyyat: ata və oğlu tutuldu - FOTO
"Sədərək" ticarət mərkəzində insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısı alınıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində növəti belə tədbir həyata keçirilib.
Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar.
Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.







İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR