Səfir Zakari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib
Səfir Zakari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib
Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəmizdə yaşayan Fransa vətəndaşlarına müraciət edib.
APA-nın məlumatına görə, səfir diplomatik korpusun açıq olduğunu, lakin fəaliyyətin sağlıqla bağlı protokola uyğunlaşdırıldığını bildirib.
"Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.
Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-a dək telefon xətti fəaliyyətdədir", - deyə Z.Qros qeyd edib.
Diplomat bildirib ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb: "Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var