Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırdı

Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırdıAzərbaycanın Kiyevdəki səfirliyi həmvətənlərimizə müraciət edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi məlumat yayıb.
"Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik",- deyə məlumatda bildirilib.
O da bildirilib ki, Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilib: "Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il tarixlərində bağlı olacaq, 5 və 9 noyabr 2022-ci il tarixlərində qəbul aparılacaq. Qəbul saatları dəyişməz olaraq qalır. Təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda 0994089943 və 0735050000 telefon nömrələri ilə əlaqə saxlanmasını xahiş edirik.
Hava həyəcanı xəbərdarlığı zamanı müraciətçilərin təhlükəsizliyi üçün konsulluq qəbulunun dayandırılacağı barədə 11 oktyabr 2022-ci il tarixində verilmiş elanın bir sıra vətəndaşlarımız, o cümlədən bəzi KİV tərəfindən konsulluq xidmətinin və hətta səfirliyin ümumiyyətlə fəaliyyətini dayandırdığı kimi yanlış anlaşıldığını, bununla bağlı sualların hələ də daxil olduğunu nəzərə alaraq növbəti izahı diqqətə çatdırmaq istərdik.
Hava həyəcanı xəbərdarlığı yaşayış məntəqəsinin hava zərbələrinə məruz qala biləcəyi riski barədə verilən xəbərdarlıqdır və bu zaman sakinlərin öz təhlükəsizlikləri üçün sığınacaqlara getmələri tövsiyə olunur. Məlum olduğu kimi həyəcan müddətində müəssisələr və ictimai iaşə obyektləri ziyarətçilərin qəbulunu dayandırır və hava həyəcanı xəbərdarlığı bitdikdən sonra işini bərpa edir.
10 oktyabr 2022-ci il tarixindən paytaxt Kiyevin hava zərbələrinə daha intensiv məruz qaldığını nəzərə alaraq konsulluq qəbulunun Kiyevdə hava həyəcanı xəbərdarlığı verilən müddətə dayandırılması barədə məcbur qərar qəbul edilmişdir.
Hava həyəcanı olmayan müddətdə konsulluq qəbulu elan edilmiş qrafik üzrə işini davam etdirir (iş günləri saat 10:00-dan 13:00-dək müraciətlərin qəbulu, 15:00-dan 17:00-dək hazır sənədlərin verilməsi)".

Siyasi       Tarix: 03 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber