Səhər yeməyi zamanı yulaf və çərəzlər lif qaynağı kimi əvəzsizdir
Bəzən səhərlər iştaha olmadığından yüngül qidalara üz tutur və ya şirniyyatla çay içməklə kifayətlənənlər olur. Mütəxəssislərin fikrincə, bu, düzgün hesab olunmur. Yuxudan oyanan kimi balanslı qidalanmaq üçün mütləq bir və ya iki stəkan su içmək lazımdır, çünki səhər oyananda qanda şəkər aşağı düşür və orqanizmin enerjiyə ehtiyacı artır. Ona görə də səhər yeməyi mütləq protein, karbohidrat və faydalı yağlarla zəngin olmalıdır.
Yumurta ana südündən sonra ən gözəl protein qaynağıdır. Pendir, kəsmik, şor, süzmə, süd kimi məhsullar protein qaynaqları hesab olunur. Karbohidrat kimi qara çörəkdən istifadə etmək olar, çünki daha az kalorilidir, bəyaz çörəyin qlisemik indeksi yüksəkdir və qanda şəkəri sürətlə yüksəltdiyinə görə gün ərzində daha çox acdıra bilər. Buna görə də kəpəkli və çovdar unundan, tam buğda unundan hazırlanmış bir-iki dilim çörəkdən istifadə edilməlidir.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, səhər yeməyi üçün yulaflı sıyıq da faydalı hesab olunur: "Yulaf karbohidratla, süd isə proteinlə zəngin olduğundan səhər yeyilməsi tövsiyə olunan qidalardandır. Bundan başqa, qidaya faydalı yağlar və çərəzlər də əlavə edilməlidir. Gün ərzində liflə zəngin yeməklərdən mümkün qədər çox istifadə olunmalıdır, çünki liflərlə zəngin qidalanma gün ərzində toxluq hissi yaradır, enerji verir və qanda şəkəri yüksəltmir. Səhər yeməyi zamanı yulaf və çərəzlər çox gözəl lif qaynağıdır. Bununla yanaşı, göyərtidən istifadə etmək də məsləhətdir. Məsələn, şüyüd, cəfəri kimi bitkilər orqanizmi toksinlərdən təmizləyir".
Diyetoloqun dediyinə görə, yeməyə hər kəsin sevdiyi meyvə və meyvə qurularını da əlavə etmək olar. Səhər yeməyinin balanslı olması orqanizm üçün faydalıdır. Ona görə də səhər yeməyi çox əhəmiyyətlidir.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ