Səhərlər insanlarda yaranan problemin ƏSAS SƏBƏBİ bu imiş – DİQQƏT

Səhərlər insanlarda yaranan problemin ƏSAS SƏBƏBİ bu imiş – DİQQƏTXroniki yorğunluq müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən birinə çevrilib. İnsanların böyük bir qismi səhərlər yuxudan oyandıqda dincəlmiş deyil, əksinə, halsız və yorğun hiss edir. Bu hal yalnız fiziki vəziyyətə deyil, həm də emosional sağlamlığa və gündəlik iş məhsuldarlığına ciddi təsir göstərir.
KONKRET.az həmin problemin səbəblərini və çıxış yollarını araşdırıb.
Mütəxəssislər sözügedən durumun əsas səbəblərindən biri kimi keyfiyyətsiz yuxu rejimini misal çəkirlər. Belə ki, gecə saatlarında kifayət qədər yatmamaq və ya yuxunun tez-tez bölünməsi bədənin istirahət etməsinə imkan vermir. Bundan əlavə, qeyri-düzgün yuxu rejimi – hər gün fərqli vaxtlarda yatıb oyanmaq – bədənin bioloji saatını pozur.
Yuxu rejimi insan həyatında mühüm rol oynasa da, xroniki yorğunluğa səbəb olan tək amil deyil. Digər bir səbəb müasir dövrün ən böyük problemi olan stres və emosional gərginlikdir. Gündəlik həyatda qarşılaşılan yüksək stress səviyyəsi beynin və bədənin tam istirahət etməsinə mane olur. Narahat düşüncələr və emosional gərginlik yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Yuxarıdakı səbəblər əsas faktor olsa da, məsələ sadəcə onlarla yekunlaşmır. İş-güc əlindən bir dəqiqə belə özünə ayırmağa vaxtı olmayan insanların fiziki aktivliyi də demək olar ki, sıfıra bərabərdir. Oturaq həyat tərzi (hərəkətsizlik) bədənin enerji səviyyəsini azaldır. Fiziki aktivlik isə qan dövranını artırır, enerjini yüksəldir və yuxu keyfiyyətinə müsbət təsir edir.
Xroniki yorğunluğa rəvac verən amillərdən biri də qidalanma tərzidir. Düzgün və balanslı qidalanmamaq, xüsusilə də vitamin və mineralların çatışmazlığı (məsələn, dəmir və ya D vitamini) yorğunluq hissinə səbəb ola bilər. Şəkər və karbohidratla zəngin qidalar qısa müddətli enerji versə də, uzun müddətli yorğunluğa yol açır.
Bütün bunların fonunda yeni dövrün ən bariz problemi olan texnologiya köləliyini də vurğulamaq keçmək olmaz. Ağıllı telefonlar, planşetlər, həmçinin, sosial şəbəkələr, virtual məkanda aktivlik kimi amillər də sözün əsl mənasında yuxumuza haram qatır. Yuxarıda sadalanan tövsiyələrlə yanaşı, həmçinin, bu məqama da xüsusi diqqət etmək lazımdır. Çünki həmin məsləhətlərə qulaq verib bu faktoru görməzdən gəlmək olmaz. Yatmazdan əvvəl telefon, kompüter və ya televizor kimi cihazlardan istifadə etmək bədənin melatonin hormonunun ifrazını azaldır. Bu hormon isə bədənə yuxuya getmək siqnalını verir.
Xroniki yorğunluğu aradan qaldırmaq üçün əvvəlcə səbəbləri müəyyənləşdirmək vacibdir. Sağlam yuxu rejiminə riayət etmək, balanslı qidalanma, müntəzəm idmanla məşğul olmaq və texnologiya istifadəsini məhdudlaşdırmaq kimi tədbirlər vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Əgər bu addımlara baxmayaraq yorğunluq davam edərsə, mütləq bir mütəxəssisə müraciət etmək lazımdır.
Unutmaq olmaz ki, Xroniki yorğunluq həyat keyfiyyətini ciddi şəkildə azaldır, lakin düzgün yanaşma və həyat tərzində dəyişikliklərlə bu problemi idarə etmək mümkündür./yenisabah

Sağlamlıq       Tarix: 23 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki


azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun apa.az xeberler xeberler bu qun az xeber