Şəhid jurnalistin övladları məktəbə getdilər - FOTO
Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən jurnalist Məhərrəm İbrahimovun övladlarının da ilk dərs günüdür.
Azxeber.com oxu.az-a istinadən xəbər verir ki, Məhərrəmin böyük oğlu Uğur ikinci sinfə, kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir.
Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişə yollanan zaman Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR