Şəhid kapitanın atası: "Tamamilə yanmışdı, bədəninin quruluşundan, dişlərindən tanıdım

Şəhid kapitanın atası: Xızıdakı "Qaraheybət" aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, 3-ü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri də kapitan Xəyyam Əliyevdir.
Əslən Əmircandan olan Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlu haqqında Modern.az-a danışıb.
X.Əliyevin atası övladının öz gücünə bu zirvəyə gəldiyini deyib.
Əlixan Əliyev bildirib ki, oğlu müharibə vaxtı od-alovun içindən sağ qayıtmışdı:
"Dekabrın 17-də 31 yaşı tamam olacaqdı balamın. Ailəli idi, iki yaşında oğlu əmanət qaldı mənə. Xəyyamın özündən kiçik bir qardaşı da var, keçən il ikisi də cəbhəyə yollanmışdı od-alovun içindən sağ qayıtdı, amma..".
Dərdli ata deyir ki, Xəyyam ali təhsilini Milli Aviasiya Akademiyasında alıb:
"Rus və ingilis dillərini bilirdi. Öz gücünə gəlib bu yerlərə çıxmışdı. 1995-ci ildə mən onu Kərbəla ziyarətinə aparmışdım. Ziyarətdən qayıtdığımızın bir ili tamam idi ki, qardaşımı itirdim, indi də 30 yaşında balamı. Xəyyam mənim evimin yox, həyatımın dirəyi idi. Mən onu anasından çox istəyirdim, qeyri-adi insan idi Xəyyam. Hər səhər 6-da durub işə gedirdi, qapının səsini eşidirdim. Bu gün o, işə gedən vaxt yuxudan oyandım, amma o qapının səsini eşitmədim. Ağladım, ağladım, amma sakitlik tapmadım. Ömrüm boyu tapmayacağam da. Xəyyamsız çox çətindir mənə".
Ə.Əliyev deyir ki, Xəyyamsız necə yaşayacağını bilmir:
"Onun üçün hər şeyi etmişdim. Çalışırdım ki, ehtiyacları olmasın, hər istəklərini yerinə yetirim. Onun üçün toy etmişdim, maşın almışdım. Şükür ki, çətinlikləri olmayıb.
Amma bilirsiniz ki, hərbçiləri xaricə buraxmırlar. Deyirdi ki, "hərbi xidməti başa vurub, dünyanı qarış-qarış gəzmək istəyirəm". Bunu çox istəyirdi, arzusu ürəyində qaldı".
Atası deyir ki, həlak olanların bədən üzvləri tamamilə yandığından, tanınmaz olub:
"DNT testi verdik. Amma test verməsəydik də, mən balamı bədəninin quruluşundan, dişlərindən tanıdım. Bir ata üçün bunun nə qədər ağrılı bir şey olduğunu deyə bilmərəm, izah edə bilmərəm. Necə yaşayacam Xəyyamsız, bilmirəm, amma onun balasını da mən böyütməliyəm".
Ə.Əliyev şəhidlərin vida mərasimindəki qürurlu çıxışı ilə də yaddaşlarda qaldı. Özü bu çıxışa hazır olmasa da, birtəhər güc topladığını bildirib:
"Mən dünənki çıxışıma hazır deyildim, məndən xahiş etdilər ki, bir ata kimi sözlərimi deyim. İçimdən gələn nə söz var idisə, hamısını dedim. Bəlkə də Xəyyamın igidliyi, ərənliyi idi mənə güc verən".
Şəhid atası oğlunun II Şəhidlər xiyabanında dəfn edilməməsilə bağlı suallara da aydınlıq gətirib:
"Bütün yaxınlarımız Əmircanda dəfn olunub. Bizim kökümüz Əmircandandır. Qardaşım, anam Əmircan qəbiristanlığında dəfn olunduğu üçün, Xəyyamı da orada dəfn etdik.
Çox adam deyir ki, vəzifəli şəxslərin uşaqları getmir müharibəyə. Mən Əmircan qəsəbəsinin icra nümayəndəsiyəm və hər iki oğlum müharibəyə qatılmışdı, birini də şəhid verdim. Dəfn mərasimində polkovnik biləndə ki, mən Xəyyamın atasıyam ağlaya-ağlaya dedi ki, "siz onu necə tərbiyəli, mədəni böyütmüşdünüz? Mənimlə cəmi 5-6 dəfə uçuşda olmuşdu çox dəqiq idi".
Şəhid atası sonda helikopter qəzasının təxribat olması ilə bağlı məsələyə də münasibət bildirib:
"Təxribat olmasına isə qətiyyən inanmıram, mümkün deyil. Ola bilər ki, səhlənkarlıq olub, hansısa səhv olub. Amma təxribata inanmıram".

Sosial       Tarix: 02 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az bugünki xəbərlər valyuta məzənnələri cəbhədən son dəqiqə