Şəhid və qazi övladları ilə görüş keçirilib - FOTOLAR
Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin və qazilərin ailələrinə, övladlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini yeni tədris ilinin başlaması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüblər.
Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açılıb. Şəhid və qazilərin məktəbli övladlarına yeni tədris ilində uğurlar azulayıblar.
Artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub. ŞİH-nin başçısı və Baş Konsul tərəfindən uşaqlara məktəb ləvazimatları, Türkiyə-Azərbaycan bayraqları həkk olunmuş və adları yazılmış xatirə hədiyyələri təqdim edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məmnunluqlarını ifadə ediblər.






/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat