Şəhidin anım günündə çəkilişə polis müdaxilə edib? - VİDEO

Şəhidin anım günündə çəkilişə polis müdaxilə edib? - VİDEOSosial şəbəkələrdə Şəmkir rayonunda Vətən Müharibəsi şəhidi Təbriz Namazovun anım gününə polisin müdaxilə etməsi barədə iddialar yayılıb. Qeyd olunub ki, polis mərasimdə dronla çəkiliş aparılmasına icazə verməyib.
Azxeber.com REAL-a istinadən xəbər verir ki, məsələyə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov münasibət bildirib.
"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının Vətən Müharibəsi şəhidi Təbriz Namazovun şəhadətə ucalmasının birinci ildönümü münasibətilə keçrilən tədbirdə videoçəkiliş aparılmasına icazə verməməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.
Məlumat üçün deyim ki, dekabrın 6-da rayonun Aşağı Seyfəli kəndində keçirilən tədbirdə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, havadan dronla rəqəmsal çəkiliş aparmaq istəyiblər. Polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada çəkilişi dayandırıb.
Avadanlıq sahibi Elşad Tağıyev avadanlığı ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirilib. Şöbədə onunla söhbət aparılıb və bildirilib ki, ərazidə hərbi-strateji obyektlər olduğundan havadan çəkiliş aparılması qadağandır.
Daha sonra Elşad Tağıyevə avadanlığı təhvil verilib və o, sərbəst buraxılıb. Onu da qeyd etmək istəyirəm ki, istər tədbir iştirakçıları, istərsə də tədbirdə olan mətbuat nümayəndələri digər növ çəkilişlərdən istifadə edərək tədbir barəsində ictimaiətə geniş məlumatlar veriblər", - DİN rəsmisi qeyd edib.

Sosial     Baxılıb: 345   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Tovuzda avtomobil divara çırpıldı: Xəsarət alanlar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markal

Türkiyədə yaşayan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb. xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminə

"Tənbəllik" kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq

Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl" kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə il

Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.   -a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb. İttiham aktındakı yekun protokola əsasən

Vado Korovin qızı ilə fotosunu paylaşdı

"Space"in keçmiş rəhbəri Vado Korovin paylaşımı ilə diqqət çəkib. V. Korovin qızı ilə paylaşım edib. Onun övladı ilə fotosu maraqla qarşılanıb. /

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir?

Həddindən artıq tərləmə bir çox hallarda orqanizmin normal reaksiyası sayılsa da, bəzi hallarda ciddi xəstəliklərin ilkin əlaməti kimi qiymətləndirilir. Mütəxəssislər bildirir ki, səbəbi bilinməyən və davamlı tərləmə hallar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər zelzele en sonxeber cəbhədən ən son xəbər