Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir

Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdirBu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər.
Azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yekun çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir:
"Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər.
Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir versəniz görərsiniz ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Burada qeyd olundu, mən deyirdim ki, torpaqlar işğaldan azad olunacaq. Mən həm deyirdim, həm də inanırdım və bilirdim ki, bu, belə olacaq. Əlbəttə, biz istəyirdik ki, qan tökülməsin, torpaqlarımız sülh yolu ilə azad edilsin. Amma artıq səbir kasamız daşmışdı və məhz müharibəyə hərtərəfli hazırlıq görülmüşdü - həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində, maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində. Ona görə məsələn, biz Füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda, ondan sonra Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq. Yaralanmış hərbçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm, sizə də şəxsən. Müharibə başlanan kimi, siz könüllü olaraq döyüş bölgəsinə getdiniz. Doğrudan da Ağdam bölgəsi ən ağır bölgə idi və ora təmas xəttinə yaxın olduğu üçün ermənilər daim bizim kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərində erməni silahlı qüvvələri ən çox Ağdamı atəşə tutmuşdular. Ən çox dağılan evlər də məhz Ağdamda idi".

Sosial       Tarix: 10 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az