Səhiyyə Nazirliyi: "Azərbaycanda omikronun yeni ştamı aşkarlanmayıb"
"Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur".
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik: "Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur".
T.Eyvazov bildirib ki, son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında "koronavirus davranışı", yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb: "Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır