Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi - SİYAHI

Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi - SİYAHISəhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi - SİYAHI
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AME) oktyabr ayında apardığı ekspertizalar zamanı bəzi qida əlavələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərə xitam, bəziləri barəsində isə mənfi rəy verib. 
"Trend"in məlumatına görə, Türkiyənın "Sofram Gida San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Festal Şokolad-Yetkin Qadınlar Üçün (baton 25 q) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair müvafiq rəy vermək mümkün deyil. Belə ki, məhsulun qablaşması ilə tərkibinə aid verilən sənəd bir-birilə uyğunlaşmır. Tərkibə aid sənəd "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələblərinə uyğun deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni adlı dərman vasitəsi mövcuddur. 
Rumıniyanın "SC Laboratoarele Remedia SRL." şirkətinin istehsalı olan 001.05.19 seriyalı Kalsiart (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilən ekspertiza zamanı müəyyən olunub ki, məhsulun orta çəkisi istehsalçı tərəfdən təqdim olunan göstəriciyə uyğun deyil. Ekspertiza nəticəsində məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb. Belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb. 
Türkiyənin "Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz.İth.İhr.San.Tic.Ltd.Sti." şirkətinin istehsalı olan Ferrokoc (tablet, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə aparılan ekspertiza nəticəsində C vitamininin miqdarı 24.4 mq/tab (NS –ə əsasən 30.0 mq+/-10%, 27-33 mq/tab) olaraq aşkar edilib. Buna görə də məhsulun qeydiyyata alınması ilə bağlı müraciətə xitam verilib. 
Xitam verilən müraciətlər sırasında İtaliyanın Pharmaguida S.R.L-Piopp şirkətinin istehsalı olan "Bimbovit Ferro" (damcı) da olub. 
AEM təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Microfleb/Mikrofleb (tablet, №30) adlı məhsulla bağlı mənfi rəy verib. 
Rəydə bildirilir ki, Microfleb/Mikrofleb venoz durğunluğu aradan qaldırmaq üçün tövsiyə olunan vasitət olub öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Melilotus officinalis bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir. 
AEM-in mənfi rəy verdiyi digər məhsul Qırmızı qıllıca (Krasnaya şötka çayı, 30 q № 1) olub. 
Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qırmızı qıllıca adlı məhsul qadınlarda endokrin və sidik – cinsiyyət sistemin normal fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Belə ki, məhsulun tərkibində olan Rhodiola quadrifida bitkisi (ərizəçi tərəfindən təqdim olunmuş sənədlərə əsasən) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"ində göstərilən monokomponent BFMQƏlərin tərkibində istifadə olunmayan Rhodiola rosea bitkisinə yaxındır. Ərizəçi Rhodiola quadrifida bitkisinin monokomponent BFMQƏ-lərdə istifadəsinə dair kifayət qədər məlumat təqdim etməyib. /oxu.az

Sosial       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler hava xeber.az 2026 xəbər.az maşın realiti şou