Səhiyyə Nazirliyi: 'Ölüm və yoluxma sayı vaksinasiya olunmamış insanlar arasında yüksəkdir

Səhiyyə Nazirliyi: 'Ölüm və yoluxma sayı vaksinasiya olunmamış insanlar arasında yüksəkdir"Koronavirusa yoluxma sayındakı artım və qonşu ölkələrdəki rəqəmlərdə yüksəlişin Azərbaycandakı mövcud duruma sirayət etməsi qaçılmazdır. Nəzərə alsaq ki, COVID-19 infeksiyası hava-damcı yolu ilə yoluxur".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim-mütəxəssis Könül İsmayılova deyib.
Onun sözlərinə görə, bəzi karantin qaydalarının yumşalması, turizm mövsümünün açıq olması da artım sayına təsirini göstərir: "Bundan əlavə, yeni ştamın yoluxuculuğu da yüksəkdir, insanlar arasında asanlıqla yayılır. Təbii ki, insanlar arasında laqeydlik olarsa, xüsusi karantin müddəti daha da uzana bilər. Ona görə də qorunma tədbirlərinə ciddi riayət etməliyik".
Həkim-mütəxəssis vətəndaşlara kütləvi toplaşılan məkanlarda vacib olmadıqca az qatılmağı, tibbi maskalar və dezinfeksiya məhlullarından yararlanmağı, eləcə də gigiyenik qaydalara əməl etməyi və peyvənd olunmağı tövsiyə edib: "Elmi tədqiqatlar göstərir ki, ölüm və yoluxma sayı vaksinasiya olunmamış insanlar arasında yüksəkdir. Yoluxma halları artdıqca səhiyyə sisteminin də yükü artır".
K.İsmayılova deyib ki, sosial ünsiyyətin artdığı dövrdə, yəni payız mövsümündə yoluxmanın arta biləcəyini nəzərə alsaq, əhalinin vaksinasiya prosesi sürətləndirilməlidir: "Azərbaycanda yoluxma halı artdıqca Nazirlər Kabineti yanında Operativ Qərargah da lazımi addımları atacaq. Mövcud epidemioloji durumun təhlilinə əsasən hansı qərarların veriləcəyini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil".
Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Sosial       Tarix: 09 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava proqnozu cəbhədən yeni xəbərlər xeberler