Səhiyyə Nazirliyindən PUBG oyunları ilə bağlı valideynlərə xəbərdarlıq
"PUBG oyunlarında məktəblilər kiberbullinq şəklində müəyyən təzyiqlərə məruz qalırlar. Bu zaman onlar dolayı şəkildə təhqir olunurlar".
Azxeber.com xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.
O qeyd edib ki, yaşıdları bunu oyun kimi təqdim edib əsas mahiyyətdən yayınırlar: "Bəzən valideyn övladının dediklərini ciddi qəbul etmir. Nəticədə növbəti dəfə uşaq məktəbdə baş verən hadisələri evdə danışmır. Hətta bəzən valideynlər övladının şikayətini acizlik kimi qəbul edir. Qız övladlarını daha çox günahlandırırlar. Özünə zərər vuran şagirdi psixoloq yanına gətirəndə uşaq bizə deyir ki, vaxtında valideynimə bu barədə deyəndə mənə dəstək olmadı. Ona görə də uşaqlar valideyndə qıcıq yaradacaq hərəkətlər edirlər".
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova isə əlavə edib ki, qadağa qoyulmayan uşaqlar daha çox özünü bullen kimi təqdim edir: "Hesab edirlər ki, onlara heç vaxt olmaz deyilməyib və istədikləri hər şeyi rahat edə bilərlər. Valideyn övladı ilə dost olmalıdır. Məktəbdə nə baş veribsə, övladı mütləq şəkildə valideyninə bu barədə ətraflı danışmalıdır. Baş verən hadisə barədə panikaya düşmək lazımdır. Məsələ həll oluna bilərsə, məktəb rəhbərliyi və ya müəllimlə həll etməlidir. Ciddi məsələ olacağı təqdirsə isə bunu ört-basdır etmək lazım deyil".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR