Səhv diaqnoza görə "Gözəllik kraliçası"nın kəllə sümüyünün yarısı götürüldü - FOTO
Səhv diaqnoza görə "Gözəllik kraliçası"nın kəllə sümüyünün yarısı götürüldü - FOTO
Qoyulan səhv diaqnoz səbəbindən keçmiş "Gözəllik kraliçası" ölümlə burun-buruna gəlib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Delaver əyalətində keçirilən gözəllik yarışmalarının keçmiş iştirakçısı, 35 yaşlı Sintiya Martinez hər zaman sağlam həyat tərzi sürüb. O, 14 yaşından 25 yaşına qədər gözəllik müsabiqələrində iştirak edib, bir neçə dəfə qalib gəlib, sonra isə münsiflər heyətinə qoşulub.
2018-ci ilin noyabr ayında Martinez beş yaşlı oğlu Brus ilə birlikdə dostlarını ziyarətə gələrkən orada huşunu itirib.
Hadisə yerinə gələn həkimlər səhvən onun narkotikin artıq istifadəsi ilə əlaqədar huşunu itirdiyini düşünərək, opiodların təsirini yatıran preparatın ikiqat dozasını vurublar. Hər şey bundan sonra başlayıb.
İlkin "tibbi yardımdan" sonra xəstəxanaya aparılan amerikalı dözülməz ağrıdan qışqırıb. Həkimlər ona beyin damarlarının anevrizması diaqnozu qoyaraq dərhal əməliyyata alıblar.
Əməliyyat uğurlu olsa da, bir neçə gündən sonra qadın insult keçirib, onda beyin şişi yaranıb. Bundan başqa, onda ağciyər iltihabı və qanın zəhərlənməsi başlayıb. Pasiyent çox zəifləyib. Bu azmış kimi başın bir hissəsi də iltihablanıb, nəticədə, qadının kəllə sümüyünün yarısı götürülüb. Həkimlər onun yaşayacağını düşünməyiblər.
Xoşbəxtlikdən bundan sonra vəziyyət düzəlməyə başlayıb.
Bir müddət son modelin kəllə sümüyü sintetik sümüklə bərpa edilib. Hazırda qadının vəziyyəti normal qiymətləndirilir.






Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb